Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dr Gülü” Binəqədi rayonunda qanunsuz fəaliyyətini davam etdirir... 

Tibbi fəaliyyət göstərmək üçün rəsmi icazəsi olmayan Gülbadə Abdullayeva yenidən qanunsuz işini davam etdirir...

Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində adı olmayan və özünü “Dr Gülü” kimi təqdim edən Gülbadə Abdullayeva adlı xanım yenidən qanunsuz fəaliyyətini bərpa edib.

Qanun.Tv xəbər verir ki, Gülbadə Abdullayeva Binəqədi rayon Abay Kunanbayev küçəsində gizli icarəyə ofis götürərək burada liposaksiya əməliyyatı ilə məşğuldur. Gülbadə Abdullayevanın qanunsuz fəaliyyətində şərikinin Fatima adlı bir xanım olduğu bildirilir.

Qeyd edək ki, Gülbadə Abdullayeva bir müddət öncə estetik əməliyyat zamanı xəstənin başının üstündə rəqsi ilə gündəmə gəlmişdi. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə Gülbadə Əliqismət qızı Abdullayevannın adı nazirliyin tibb işçilərinin vahid reyestrində yoxdur və onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.

Tibbi fəaliyyət göstərmək səlahiyyəti olmamasına baxmayaraq, Gülbadə Abdullayeva qanunları heçə sayaraq, yenidən gizli şəkildə iş başındadır.

Ümid edirik ki, aidiyyatı qurumlar və hüquq mühafizə orqanları tibbi fəaliyyət göstərmək səlahiyyəti olmadan estetik əməliyyatlar edən Gülbadə Abdullayeva ilə bağlı tədbir görəcəklər.

Poliqon.info

 




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay